Menu

"MSK seçici fəallığı ilə bağlı 5 dəfə məlumat verəcək" - Pənahov

09.02.2020, 09:39
"MSK seçici fəallığı ilə bağlı 5 dəfə məlumat verəcək" - Pənahov

“Mərkəzi Seçki Komissiyası seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradıb”.

“Report” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlament seçkilərinin açıq elan edilməsi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə gün ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat veriləcək. Bütün seçiciləri seçki məntəqələrinə dəvət edərək öz konstitusion hüquqlarını həyata keçirməyə çağırıram. Səsvermə prosesi saat 19.00-da başa çatacaq”, - o, vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol