Menu

8 saylı dairədə kameraların üzəri örtülüb? - MSK-dan cavab

09.02.2020, 10:13
8 saylı dairədə kameraların üzəri örtülüb? - MSK-dan cavab

Mərkəzi Seçki Komissiyası 8 saylı dairədə bəzi məntəqələrdə kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib.

"AzPolitika"nın məlumatına görə, Komissiyanın mətbuat katibi Şahin Əsədli qafqazinfo-ya bildirib ki, həmin şəkildəki məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyatı yoxdur:

“Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı məsələlərdə narazılıqlar olmuşdu. Buna görə də, bütün seçkilərdə təhlükəsizlik kameralarının ağzı bağlanır ki, insanlar tərəfindən narazılıq olmasın. MSK-nın bütün veb-kameraları hazırda aktivdir".

Şərhlər

Mirzə AĞ 2020-02-09 12:08:56

Allah sizə də saxlasın...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol