Menu

ÜST koronavirusa görə Çinə heyət göndərir

09.02.2020, 14:03
ÜST koronavirusa görə Çinə heyət göndərir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusa (NCP) görə Çinə heyət göndərəcəyini açıqlayıb.

"Report" "Euronews"a istinadla xəbər verir ki, qurum müraciətlərinə rəsmi Pekindən müsbət cavab gəldiyini, Çinə öncə heyət rəhbərinin, daha sonra isə üzvlərin gedəcəyini bildirib.

Bundan başqa, ABŞ-ın Xəstəliklərə nəzərat və onların qarşısının alınması mərkəzinin (CDC) mütəxəssislərinin də heyətin tərkibinə daxil edildiyi qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol