Menu

Rusiya və Türkiyə danışıq aparıb – İdlib üzrə

09.02.2020, 21:53
Rusiya və Türkiyə danışıq aparıb – İdlib üzrə

İdlibdə vəziyyətin gərginləşməsi fonunda Rusiyanın nümayəndə heyəti Türkiyənin paytaxtı Ankaraya gəlib. İddia edilir ki, İdlibdə atəşin dayandırılması rejimi pozulur.

Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) xəbər verdiyi kimi, 3 saat ərzində tərəflər Suriyada siyasi prosesin irəli aparılması addımlarını müzakirə ediblər.

Danışıqlarda Türkiyəni XİN başçısının müavini Sedat Onal, Rusiyanı isə – onun həmkarı, nazir müavini Sergey Verşinin təmsil edib. Hərbçilər və kəşfiyyat xidmətlərinin nümayəndələri də danışıqlarda iştirak ediblər.

Yekun nəticə əldə etmək mümkün olmayıb, danışıqlar gələn həftə davam etdiriləcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol