Menu

Braziliya millisi olimpiadaya vəsiqə qazandı

10.02.2020, 10:05
Braziliya millisi olimpiadaya vəsiqə qazandı

Braziliyanın futbol komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

"Report"un məlumatına görə, ölkənin olimpiya yığması təsnifatın son turunda Argentina millisini 3:0 hesabı ilə məğlub edib. Braziliya bu nəticədən sonra qrupda ikinci yeri tutub və olimpiadada iştirak hüququna yiyələnib.

Argentina yığması isə daha öncə "Tokio-2020"yə lisenziya əldə edib. Uruqvay və Kolumbiya müvafiq olaraq üçüncü və dördüncü yerləri tutub və Yaponiyanın paytaxtındakı yarışa qatıla bilməyib.

Qeyd edək ki, "Tokio-2020" 24 iyul - 9 avqustda, paralimpiada isə 25 avqust - 6 sentyabrda olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol