Menu

MSK ƏN ÇƏKİŞMƏLİ DAİRƏDƏ QALİBİ ELAN ETDİ - Arifoğlu Ağazadədən 2 dəfə çox səs toplayıb

10.02.2020, 14:39
MSK ƏN ÇƏKİŞMƏLİ DAİRƏDƏ QALİBİ ELAN ETDİ - Arifoğlu Ağazadədən 2 dəfə çox səs toplayıb

9 fevral növbədənkənar parlament seçkilərinin ən çəkişməli seçki dairəsində - 35 saylı Xətai III Seçki Dairəsində səsvermənin nəticələri elan olundu. Qalib Rauf Arifoğludur.

MSK-nın saytında dərc olunan məlumata görə, Abbasov Rauf Arif oğlu seçicilərin 49,2 faizini toplayaraq seçkinin qalib olub. O, əsas rəqibi olan Ümid partiyasının sədri İqbal Ağazadədən təxminən 2 dəfə çox səs toplayıb.  Belə ki, MSK-nın rəsmi saytında qeyd olunan protokolların nəticələrinə görə, R.Arifoğlu 9244, İ. Ağazadə isə 4252 səs alıb. 

Maraqlıdır ki, 35 saylı dairədə hər hansı kütləvi saxtakarlığı əks etdirən görüntülər, demək olar ki, yoxdur. Yəni belə görünür ki, bu dairədə səsvermə kifayət qədər normal keçib.  

Qeyd edək ki, gecə açıqlanan ilk nəticələrə görə, 35 saylı Xətai III Seçki Dairəsində qalib müəyyən olunmamışdı. Bundan başqa, daha 6 dairənin qalibi məlum deyildi. MSK sədrinin açıqlamasında bildirilirdi ki, həmin dairələrə dair şikayətlər var və onlara baxılacaq.

Şərhlər

O.B.N. 2020-02-11 09:07:31

35-ciDAİRƏ 17 Məntəqənin nəticələri 373 gəlib 290 İqbal 27Rauf 18 saylı M.252gəlib 192 İqbal 20 Rauf ..1saylı M ...310 İqbal 25 Rauf

Seçici 2020-02-10 16:43:00

İqbal Ağazadənin bu nəticəyə susması çox şeylərdən xəbər verir..Ən əsası satqınlıq stisna deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol