Qondarma Donetsk Xalq Respublikasının “müdafiə nazirliyi” separatçı qüvvələrin Donetsk hava limanındakı yeni terminalı ələ keçirdiyini bəyan edib. musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, aeroportda iki terminal var – köhnə və ondan bir neçə metr aralı yerləşən təzə terminal.
“Biz yeni terminala tam nəzarət edirik. Köhnə terminala doğru bizim dəstələr hələ hərəkət eləməyib. Səbəb ukraynalı hərbçilər tərəfindən saxlanılan çoxsaylı minalardır”, - deyə separatçıların nümayəndəsi qeyd edib. Onun sözlərinə görə, hazırda onlar “ərazinin təmizlənməsi ilə məşğuldurlar”.
Az öncə xəbər verilmişdi ki, hava limanı bütünlüklə ukraynalı hərbçilərin nəzarətindədir. Separatçı qüvvələr sentyabrın 27-dən aeroportu artilleriyadan atəşə tutmağa başlayıb.


Şərhlər