Menu

Belarus Qazaxıstanla danışıqları davam etdirir - Neft tədarükü barədə

11.02.2020, 10:50
Belarus Qazaxıstanla danışıqları davam etdirir - Neft tədarükü barədə

«Belneftexim» konserni Qazaxıstan şirkətləri ilə neft tədarükü barədə danışıqları davam etdirir. Bu barədə şirkətin mətbuat xidməti bəyan edib.

«Qazaxıstandan neft tədarkü ilə bağlı danışıqlar olub, Qazaxıstan Energetika Nazirliyinin və sahə şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib. Hazırda biz şirkətlərlə danışıqları davam etdiririk. Həmin şirkətlər potensial neft tədarükçüsü ola bilərlər. Onlarla tədarükün həcmi və logistikası barədə müzakirələr aparırıq, bu istiqamətdə əməkdaşlığın formatını müəyyənləşdiririk» - mətbuat xidmətində qeyd ediblər.

Xəbər verilir ki, uyğun sazişin imzalaması üçün Qazaxıstanla bir sıra inzibati prosedurun aparılması lazım gəlir.

«Dəqiq sazişin nə vaxt imzalanacağını söyləmək çətindir. Həm də onun Qazaxıstan tərəfdən ratifikasiyası lazımdır. Onların öz qaydaları var» - deyə, «Belneftexim»də izah ediblər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol