Menu

Zaqatalada məktəbli itkin düşüb - FOTO

11.02.2020, 11:34
Zaqatalada məktəbli itkin düşüb - FOTO

Zaqatalada 10-cu sinif şagirdi itkin düşüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Qəbizdərə kənd sakini, 2004-cü il təvəllüdlü İmran İlqar oğlu Qardaşov fevralın 2-də yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

İ. Qardaşov evdən çıxan zaman əynində göy rəngli cins şalvar, mavi rəngli qış gödəkçəsi və idman ayaqqabısı olub.

Qeyd edək ki, İ. Qardaşov Mazıx kənd orta məktəbinin 10-cu sinif şagirdidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol