Menu

Kanada müsəlmanlara donuz əti "sırıyır"! - Ya razılaşın, ya da...

11.02.2020, 17:21
Kanada müsəlmanlara donuz əti "sırıyır"! - Ya razılaşın, ya da...

Monrealda yaşayan müsəlmalar şəhər merindən tələb ediblər ki, məktəblərdə menyüdən donuz ətini yığışdırsınlar. Bunun cavabında şəhər hakimiyyəti narazılardan ya Kanadanın həyat tərzinə adaptasiya olunmağı, ya da ölkəni tərk etməyi tələb edib.

Türkiyədə bunu haqlı hesab edənlərlə yanaşı, Qərbi riyakarlıqda ittiham edənlər də kifayət qədərdir.

Bu mövzuda «Yeni Akit» qəzeti yazıb.

Böyüklüyünə görə, Kanadanın ikinci şəhəri olan Monrealda müsəlman ailələr məktəb yeməkxanalarının meyüsündən donuz ətinin çıxarılmasını tələb ediblər. Ancaq Monreal meriyası buna mənfi cavab verib.

Meriya, məktəblərə donuz ətini «sırıyaraq», müsəlman ailələrə «nota» göndərib. Sənəddə qeyd olunr ki, müsəlmalar Kanadanın həyat tərzinə adaptasiya olunmalıdırlar.

Kanadalılar iddia edirlər ki, bəzi müsəlman ölkələri onları (öz ölkələrindən qaçqın düşən müsəlmanları-red. ) qəbul etmirlər . Ancaq buna baxmayaraq, Kanada onları qəbul edir.

Meriya qeyd edib ki, din hər kəsin şəxsi işi olaraq qalmaıdır. Əlavə edib ki, müsəlmanlara güzəştə getməyəcək.

Yerli hakimiyyət «əgər siz, Kanadaya gəlmisinizsə, donuz ətinə də dözməlisiniz» səciyyəli təzyiqləri davam etdirərək, bildirib: «Əgər Kanadada bu təcrübə sizin xoşunuza gəlmirsə, siz, 57 müsəlman ölkəsinin birinə gedə bilərsiniz».

Bu bəyanat bütün dairələrdə qızğın reaksiya doğurub və növbəti dəfə Qərbin xaç gəzdirələrinin gerçək «sima»sını açıb ortaya qoyub. Nədən ki, onlardan tez-tez «din azadlığı» bəynatları eşdirik.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol