QALMAQALLI DAİRƏDƏ YÜKSƏK NƏTİCƏ... - Sahib Alıyev qalibiyyətinin sirri nədir?

Mərkəzi Seçki Komissiyası 95 saylı Tərtər Seçki Dairəsindən hazırki deputat Sahib Alıyevin qalib gəldiyini açıqlayıb. Qurumun informasiya bazasında yerləşdirilən məlumata görə, namizəd seçicilərdən 8502 səs alıb. Bu rəqəmlə o rəqiblərini xeyli qabaqlayıb.

Qeyd edək ki, digər tanınmış namizədlərin aldıqları səslə müqayisədə S. Alıyevin nəticələri xeyli yüksəkdir. Bu fakt təbliğat-təşviqat dövründə baş verən hadisələri yada salır.

Xatırladaq ki, seçki kampaniyası dövründə S. Alıyevin seçicilərlə görüşləri qalmaqallı keçməsi ilə diqqəti cəlb edib. Yerli sakinlər, habelə rəqib namizədin tərəfdarları onun yenidən deputat seçilməsinə etiraz ediblər.

Bu narazılıqlar dövlət strukturlarını da hərəkətə gətirib. Daxili İşlər Nazirliyi Çevik Polis Alayının hissələrini seçkidən əvvəl bu rayona yerləşdirib. Amma seçki günü və ondan sonra Tərtərdə etiraz aksiyaları keçirilməyib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar