Menu

Hindistan Ərdoğanı qınayıb

15.02.2020, 11:01
Hindistan Ərdoğanı qınayıb

Hindistan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cəmmu və Kəşmir barədə bəyanatlarını qınayıb.

“Report” “Press Trust Of India”ya istinadla xəbər verir ki, Hindistanın Xarici İşlər Nazirliyi R.T.Ərdoğanı ölkənin daxili işlərinə qarışmamasına çağırıb.

Xatırladaq ki, ötən gün Pakistanın paytaxtı İslamabada rəsmi səfəri əsnasında parlamentdə çıxış edən R.T.Ərdoğan “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur” söyləmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol