"PARLAMENT TAM YENİLƏŞSƏ BÖHRAN YARANA BİLƏR..." - Fəzail Ağamalı da gənclərə qarşı çıxdı
"Gənclərin gəlməsi böyük fəsadlar törədər. Təəssüf edirəm ki, belə şeyləri nəzərə almırlar..."
Fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərdə bəzi millət vəkillərinin, xüsusən də yaşlı nəslin nümayəndələrinin namizədliyini yenidən irəli sürməsi və təkrar mandat qazanması cəmiyyətdə narazılıqlara səbəb olub.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Ana VətənPartiyasının sədri Fəzail Ağamalı bildirib ki, bunu deyənlərin peşəkarlıq səviyyəsi aşağıdır və parlamet tamamilə yenilənərsə, Azərbaycanda siyasi böhran yarana bilər: “Əsassız fikirlərdir. Növbədənkənar parlament seçkiləri parlamentin 125 deputatının tamamilə yenilərlə əvəzlənməsi demək deyil. Bu çox böyük, ciddi problemlər yarada bilərdi. Ola bilər ki, bəzi insanlar özünü cəmiyyətdə təsdiq edib, amma parlament təcrübəsi yoxdur”.
Qanunvericiliyin çox ciddi sahə olduğunu bildirən Fəzail Ağamalı bildirib ki, parlament təcrübəsi üçün ən azı 2-3 il işin içində olmaq lazımdır: “Qanunverici prosesdə iştirak etmək üçün ən azı prosedur qaydalarını bilmək lazımdır. Burada peşəkarlıq tələb olunur. Dünyada gedən iqtisadi, siyasi, sosial proseslərin dərindən bilgisi tələb olunur. Bunu Azərbaycanla sintez etmək, ölkəmizin maraqlarına uyğun olaraq qanunvericilik aktında əks etdirmək lazımdır. Bu halda gənclərin gəlməsi böyük fəsadlar törədər. Azərbaycanda ciddi siyasi böhran yaşana bilər. Təəssüf edirəm ki, belə şeyləri nəzərə almırlar. Görünür ki, bu fikirləri söyləyənlərin peşəkarlıq səviyyəsi aşağıdır. Onlar hadisənin gedişinə əsaslanmış arqumentlərlə deyil, korporativ maraqlarla münasibət bildirirlər”.
Seçkinin nəticələrinə münasibət bildirərkən Fəzail Ağamalı qeyd edib ki, ən gənc deputatın yaşı 26-dan başlayır və hər yaşda üzv olduğu üçün bu tənzimlənmə kifayət qədər qaneedicidir: “Əgər bu gün parlamentə gələnlərin 55 faizdən çoxu 60 yaşdan aşağıdırsa, 70 yaşdan yuxarı olanlar, hansı ki, onların böyük siyasi təcrübəsi var, yüksək peşəkarlığı var, bunlar heç parlamentin 17 faizini təşkil etmir. 28 faizi isə orta yaşlılardır. 45 faiz köhnələr olduğu halda, 55 faiz yenilərdir. Daha bundan artıq nə cür yenilənmə olmalıdır?”.
Şərhlər
Ay Fezail Agamali...... Sen ne qeder...., Axi seni Selyandan qovdular.Onlar sene ses vermeyibler.
həyasız sözinin mənasını bilən varsa , yazsın.
AYE ONA ..WEREF,,ORDENI VERILMELIDI,LUKAWENKO CANI.MALADES ELDARA
Bohran senin aile budcende yaranar, haram gelirlerin kesilen kimi.Dovlet ise daha da inkisaf eder,gucu qudreti artar.
Onsuz da Sizlər ölkəni böhrana salmısınız/!
Deyirsən sənsiz olmaz ,həmi......Zarafat edirsən yoxsa ciddi deyirsən.....
İndi sənin sözündən belə çıxır ki, sən dünyada baş verən bütün prosesləri dəri
Nedi ölene kimi oturmaq isdeyirseen ordaaa ? ayibdiyeee Valla ayib
....kürkünə bit düşüb.
Fəzail Ağamalı və digər qocalar qaldıqca böhran dərinləşəcək.Kürt toyuqlar kimi yuvada nə qədər oturmaq olar?
səni ki salyandamn millət qoxmarmışdır necə oldu ki adın siyahıya düşdü? Birdəki gənclər yaşlılardan yaltaqlanmaqdan başqa nə örgənə bilər ki yaltaqlıq qanunu? Sən seçilmiş deputat deyilsən
Atalarim yaxsi meseli var
saxtakarlığa yox deyirik!
Onda avropa qonşu gürcüstan ukrayna dağılsında.nə nağıl danışır bu