Ukraynadakı müharibə Latviya üçün birbaşa təhlükə yaratmır. “Rosbalt.ru” saytı xəbər verir ki, bu açıqlama ilə Latviyanın Daxili İşlər naziri Rixard Kozlovkis çıxış edib.
O, Daxili İşlər Nazirliyinin ölkəni rus diversantlarından qorumağa çalışdığını deyib: “Bizim Latviyada əsas məqsədimiz Ukraynadakı provakasiyaları ölkəyə buraxmamaqdır. Bizi müharibə gözləmir, amma Latviyadakı radikallar əhalini Ukraynadakı seperatçılara dəstək verməyə, ölkəni parçalamağa çağırırlar. Bu kimi şəxslərə qarşı sərt cəzalar olacaq”.


Şərhlər