Menu

Təzyiqi 15 dəqiqəyə salmaq mümkündür – Kardioloqlardan məsləhət

15.02.2020, 20:37
Təzyiqi 15 dəqiqəyə salmaq mümkündür – Kardioloqlardan məsləhət

Bunun üçün dərmana belə gərək yoxdur.

Almaniya Ürək fondunun kardioloqu Martin Holle bildirib ki, yüksək təzyiqi çox vaxt dərmansız da nəzarətə almaq mümkündür.

Kardioloq yüksək təzyiqin 3 əsas səbəbini izah edib: fiziki hərəkətsizlik, pis qidalanma və artıq çəki.

Ona görə gün ərzində təzyiqi stabil saxlamaq üçün 15 dəqiqə təmiz havada gəzmək mütləqdir. Kim gündə 15-20 dəqiqə sadəcə piyada gəzsə onun təzyiqi sütun üzrə 5-8 mm düşəcək.

Eləcə də çörək, ağır ət məhsulları, ağ un, kolbasa, şirniyyat azalmalıdır. Təzyiq qalxanda ürək əzələsi daha gərgin işləyir və sıradan çıxır.

Təzyiq xəstəsinin hazırkı çəkisindən ən azı 3-5 kq arıqlaması da təzyiqi 5-7 mm azaldır. Əgər bu 3 dəyişikliyi etsəz, insult və infarktın qarşısını 50% ala bilərsiz

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol