Menu

Daha bir ölkədə koronavirusdan ölüm baş verib

16.02.2020, 16:03
Daha bir ölkədə koronavirusdan ölüm baş verib

Tayvanda koronavirusdan ilk ölüm hadisəsi baş verib.

“Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə adanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Qeyd edilir ki, ölən 60 yaşlı şəxsdir. Lakin o son zamanlar nə Uxan şəhərinə, nə də Xubey əyalətinə gedib. O, habelə epidemiyanın tüğyan etdiyi regionlardan gələn insanlarla da ünsiyyətdə olmayıb.

Hazırda müvafiq orqanlar onun virusa hansı şəraitdə yoluxduğunu müəyyənləşdirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol