Menu

Vaqif Hüseynov: "Margelaşvili marionetkadır"

28.10.2013, 15:46
Vaqif Hüseynov: "Margelaşvili marionetkadır"

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Vaqif Hüseynov Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Margelaşvilini marionetka adlandırıb.

Rusiya mediasının məlumatına görə, V.Hüseynov deyib ki, hakim "Gürcüstan arzusu" koalisiyasının namizədi Margelaşvili siyasi lider deyil.

V.Hüseynov deyib: "Öz karyerası ərzində Margelaşvili həmişə ikinci rolda olub. Onu bu posta baş nazir İvanişvili irəli sürüb. Onun qələbə qazanacağı təqdirdə o, İvanişvilinin kölgəsi altında qalaraq marionetkaya çevriləcək".

Qeyd edək ki, Gürcüstan MSK-nın açıqlamasına görə, Margelaşvili 62 faiz səs toplayıb.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol