Menu

"Günay Bank" yeni - “Dövriyyə çox, komissiya yox” layihəsinə start verib

17.02.2020, 10:27
"Günay Bank" yeni - “Dövriyyə çox, komissiya yox” layihəsinə start verib

"Günay Bank" yeni - “Dövriyyə çox, komissiya yox” layihəsinə start verib.

“Günay Bank” ASC 12 fevral 2020-ci il tarixindən etibarən Bankın pos-terminal xidmətinin depozit məbləğini 50% endirərək 250 manat edib.

Artıq müştərilər pos-terminal vasitəsi ilə dövriyyələrini artıraraq sərfəli güzəştlər əldə edəcəklər.

Belə ki, aylıq 1000 (bir min) manatdan çox dövriyyəsi olan istifadəçilərdən xidmət haqqı alınmayacaqdır.

“Günay Bank” ASC 1992-ci ildən maliyyə bazarındadır və korporativ bankçılıq istiqamətində daim müştərilərinə güzəştli xidmətlər göstərməyə davam etməkdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol