Menu

Aİ Belarusa qarşı sanksiyaların müddətini daha bir il uzadıb

17.02.2020, 15:33
Aİ Belarusa qarşı sanksiyaların müddətini daha bir il uzadıb

Avropa İttifaqı (Aİ) Belarusa qarşı silah embarqosunun, habelə bu ölkənin dörd vətəndaşına qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha bir il uzadıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün Brüsseldə yayılan bəyanatında deyilir.

Bildirilir ki, Şura Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 2021-ci il fevralın 28-dək uzatmaq qərarına gəlib.

Sənəddə izah olunur ki, Brüssel silah və polis xüsusi texnikası təchizatına embarqonun, həmçinin belaruslu dörd təhlükəsizlik işçisinə qarşı viza məhdudiyyətlərinin müddətini 1999-2000-ci illərdə iki müxalif siyasətçi, bir iş adamı və bir jurnalistin sirli şəkildə yoxa çıxmasının səbəbinin araşdırılıb tapılmamasına görə uzadıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol