Menu

Rusiya Ukrayna ilə sərhədə qoşun yeridir

28.09.2014, 19:09
Rusiya Ukrayna ilə sərhədə qoşun yeridir

Rusiya Krımla Ukrayna sərhədinə ağır texnika yeridib.

Axar.az “Unian.net”ə istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna Müdafiə və Milli Təhlükəsizlik Şurasının İnformasiya Analitika Mərkəzinin sözçüsü Andrey Lısenko çıxış edib.

O, Çenqar yaşayış məntəqəsinin yaxınlığında Rusiyanın hərbi düşərgə saldığını deyib. Lısenko düşərgədə 300 hərbçinin olduğunu bildirib. Bundan əlavə isə Cankoy dəmir yol stansiyasına Kerçdən içi PDM(BMP), BMD və yük maşınlarının olduğu 30 platformadan ibarət hərbi qatarın gəldiyini söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol