Menu

"Sədərək"dəki yanğında xəsarət alan şəxs evə buraxıldı

18.02.2020, 10:53
"Sədərək"dəki yanğında xəsarət alan şəxs evə buraxıldı

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzindəki yanğında başından xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan şəxs evə buraxılıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib ki, həmin şəxsə xəstəxanada ambulator yardım göstərilib.

Xatırladaq ki, yanğından zərərçəkən 9 nəfərə yerində yardım göstərilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol