Menu

Nursultan Nazarbayev Azərbaycan Prezidentinə məktub yazıb

18.02.2020, 14:34
Nursultan Nazarbayev Azərbaycan Prezidentinə məktub yazıb

Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Rəhbəri olduğunuz Yeni Azərbaycan Partiyasının fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə qalib gəlməsi ilə əlaqədar Sizi səmimi qəlbdən təbrik edirəm.

Hesab edirəm ki, bu qələbə Sizin konstruktiv xarici və daxili siyasətinizin, həmçinin həyata keçirdiyiniz islahatlara Azərbaycan xalqının dəstəyinin nəticəsidir.

“Nur-Otan” Partiyasının sədri olaraq Qazaxıstanın və Azərbaycanın aparıcı siyasi qurumları arasında səmimiyyətə və etimada söykənən münasibətləri yüksək qiymətləndirirəm.

Əminəm ki, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının xalqları arasında əsl dostluq üzərində qurulan əməkdaşlıq bundan sonra da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və rifah arzulayıram".

Şərhlər

hiss 2020-02-18 14:44:44

ölkəmizə və rəhbərimizə dəyər verən şəxs

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol