Menu

Sinqapurda koronavirusa yoluxanların sayı artıb

18.02.2020, 18:06
Sinqapurda koronavirusa yoluxanların sayı artıb

Sinqapurda  koronavirusa yoluxanların sayı 81-ə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Açıqlamaya görə, hazırda yoluxanlardan 29 nəfər tam sağalıb, xəstəxanada müalicə olunanlardan 4 nəfər ağır vəziyyətdədir, qalanlarının isə vəziyyəti kafidir. Koronavirusun yayılması ilə bağlı karantində saxlanılan 2,4 mindən artıq xəstənin 1 100-ə qədəri iki həftəlik karantin müddətini başa vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol