Menu

"Türkiyədə heç bir hərbi çevriliş olmayacaq" - Dövlət Baxçalı

19.02.2020, 00:29
"Türkiyədə heç bir hərbi çevriliş olmayacaq" - Dövlət Baxçalı

“Türkiyədə heç bir hərbi çevriliş olmayacaq”. Trend-in məlumatına görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı deyib.

O bildirib ki, ölkədə hərbi çevriliş planlaşdıran və arzulayan qüvvələr öz məqsədlərinə çatmayacaqlar: “Türkiyə xalqı, əvvəllər olduğu kimi istənilən hərbi çevriliş cəhdinə qarşı çıxacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə KİV-lərində yeni hərbi çevrilişin hazırlanması barədə məlumatlar yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol