Menu

Ermənistanda generallar istefaya göndərildi

19.02.2020, 20:20
Ermənistanda generallar istefaya göndərildi

Ermənistanın hərbi polis rəisi, general-mayor Artur Baqdasaryan istefaya göndərilib.

"Qafqazinfo" xəbər verir ki, müvafiq sərəncamı prezident Armen Sarkisyan imzalayıb. Baqdasaryan Ermənistanın hərbi polisinə 2017-ci ildən rəhbərlik edirdi. 

Qeyd edək ki, bu gün Ermənistanın Müdafiə Nazirliyinin şəxsi heyəti ilə iş üzrə idarə rəisi, general-mayor Aleksan Aleksanyan da istefaya göndərilib.

Verilmiş qərarlar Ermənistan ordusunda ilin əvvəlindən 13 hərbçinin ölümü ilə əlaqələndirilir. Onlardan 3-ü intihar hadisəsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol