Menu

Bərdədə 57 yaşlı sürücü sükan arxasında ölüb

19.02.2020, 22:44
Bərdədə 57 yaşlı sürücü sükan arxasında ölüb

Bərdə şəhərində sürücü sükan arxasında dünyasını dəyişib.

“Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Belə ki, 1963-cü iltəvəllüdlü Kərim Dadaşov “VAZ” markalı avtomobili idarə edən zaman sükan arxasında dünyasını dəyişib.

Nəticədə onun avtomobili piyadaların hərəkət hissəsində yerləşən beton parçasına dəyib.

Avtomobilə yüngül ziyan dəyib. Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili və polis əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol