Menu

Biləsuvarda soyuq su ilə çimən gənc oğlan öldü

20.02.2020, 11:22
Biləsuvarda soyuq su ilə çimən gənc oğlan öldü

Biləsuvar rayon sakini pnevmoniyadan vəfat edib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Ağalıkənd kənd sakini, 17 yaşlı Quliyev Xalid İdrak oğlu müalicə olunduğu xəstəxanada ölüb.

Məlumata görə, mərhum bir neçə gün öncə soyuq su ilə çimib. Daha sonra vəziyyəti pisləşib və xəstəxanada bir müddət müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol