Menu

İraq İranla sərhədi bağladı

20.02.2020, 21:12
İraq İranla sərhədi bağladı

İraqın cənub-şərqindəki Maysan əyalətinin İran sərhədindəki “Əş-Şib” keçid məntəqəsi bağlanıb.

“Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, İranda koronavirusa yoluxma halları baş verəndən sonra İraq Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında Məysən əyalətinin qubernatoru adıçəkilən keçid məntəqəsini bağlamaq qərarını verib.

Sərhəddən ölkə ərazisinə yalnız diplomatlar və İraq vətəndaşları daxil ola bilər.

Bununla yanaşı, xəstəliyə qarşı müvafiq qabaqlayıcı tədbirlər üçün yerli səhiyyə departamentinə vəsait ayrılıb.

Şərhlər

t.ədalət 2020-02-21 01:45:51

Azərbaycan da İranla qapılarını bağlamalıdır.Koronavirusun dezinfeksiya ilə dayandıralacağına axmaqları inandırmaq olar.Allah bizi qorusun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol