Menu

Balakəndə “Valiko Həsrət” ləqəbli narkotacir saxlanıldı

21.02.2020, 14:49
Balakəndə “Valiko Həsrət” ləqəbli narkotacir saxlanıldı

Balakən rayonunda əvvəllər üç dəfə məhkumluq həyatı yaşayan və kriminal aləmdə “Valiko Həsrət” ləqəbi ilə tanınan Həsrət Yekəyev saxlanılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Mahmalar kənd sakini, 59 yaşlı Həsrət Abdurəhman oğlu Yekəyev rayonun Katex kəndi ərazisində tutulub.

Onun üzərində aparılan axtarış zamanı bir ədəd salafon torbada təmiz çəkisi 37,129 qram narkotik vasitə hesab edilən heroin və bir qabda təmiz çəkisi 6,929 qram olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol