Menu

Məhkəmə Bəxtiyar Hacıyevin şikayətini təmin etmədi

21.02.2020, 15:41
Məhkəmə Bəxtiyar Hacıyevin şikayətini təmin etmədi

Bakı Apelyasiya Məhkəməsində 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətinə baxılıb.

APA-nın məlumatına görə, keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bəxtiyar Hacıyevin müraciəti təmin edilməyib və MSK-nın qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, MSK bir müddət əvvəl Bəxtiyar Hacıyevin şikayətinə baxıb. Şikayət əsasında 6 məntəqənin nəticəsi ləğv edilib. Qərarla razı olmayan Bəxtiyar Hacıyev məhkəməyə müraciət edib.

Xatırladaq ki, 29 saylı Səbail Seçki Dairəsindən lider namizəd Nigar Arpadaraidir.

Şərhlər

SEYİD ƏNHU 2020-02-21 21:26:01

XANIM NAMİZƏDİN SOYADI O QƏDƏR YAD, O QƏDƏR TÜRK DİLİNİN VƏ AHƏNG QANUNUNUN ZİDDİNƏDİR Kİ, AĞZINDA TÜRK DİLİ GƏZDİRƏN HEÇ KƏS BU FARS SÖZÜNÜ TƏLƏFFÜZ BELƏ EDƏ BİLMİR. SÖZ O QƏR YAD, O QƏDƏR QEYRİ-MİLLİ, O QƏDƏR ÖGEYDİR Kİ.........NƏ DEYİM VALLAH.

Elli 2020-02-21 20:28:07

seçkinin nəticələri tam ləğv olunmalı, yeni seçki keçirilməlidir.

Veten dashı 2020-02-21 16:32:03

Ləğv olunan dairələr də görüntü yaratmaq ücün idi.Bu məmmləkət haqq-ədalət gözləyirmisiz...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol