EŞŞƏK FERMASI, OTEL VƏ RESTORANLAR, MİN HEKTARLARLA TORPAQ... - İcra başçısı rüşvət hesabına nələr əldə edib? + VİDEO

Xəbər verildiyi kimi ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunun icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat görüntülərini yayıb. 

Məlum olub ki, icra başçısı büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə doldurmaq kimi əməllərə yanaşı, rayonu da özünün feodal mülkünə çevirib. İsmayıl Vəliyevin Neftçalanın Qoltuq qəsəbəsindəki heyvandarlıq təsərrüfatı (orada həm də cins keçilər saxlanılır), Neftçala şəhərindəki böyük bazarı, beton zavodu barədə də əməliyyat çəkilişində bəhs edilir.

Lakin İsmayıl Vəliyevin korrupsiya və talançılıq yolu ilə topladığı sərvət təkcə bunlarla yekunlaşmır. Yerli KİV-lər yazır ki, onun rayon mərkəzində “Yurdum” adlı restoranı və oteli də fəaliyyət göstərir. Habelə İsmayıl Vəliyevin aktivlərinə Neftçalada özəl uşaq bağçası, böyük əraziyə malik olan tədarük məntəqəsi, keçmiş yol idarəsinin hektarlarla ərazisi (özəlləşdirilib), min hektarlarla münbit əkin sahələri, “Xol yolu” deyilən ərazidə eşşək ferması da daxildir. Həmin fermada 200-dən çox cins eşşək saxlanılır, onların südü dərman vasitəsi kimi satılır.

Habelə İsmayıl Vəliyev rayonun Qaramanlı kəndində sovet dövründən qalan avtomobil zavodunun ərazisini də özəlləşdirib, rayonda qanunsuz balıq ovu biznesi də onun nəzarətində olub. İcra başçısı balıq ovlamaq üçün çoxsaylı motorlu qayıqlar və digər avadanıqlar saxlayıb, o cümlədən Vəliyevin çoxsaylı ağır texnikası, yük maşınları, traktorları da olub.

2011-ci ildən rayona rəhbərlik edən İ.Vəliyevin biznesi təkcə Neftçala ilə yekunlaşmayıb. Onun Dubayda müasir kərpic zavodu açdığı, habelə Türkiyədə tikinti biznesinin olduğu da deyilir. Bu biznesi Vəliyevin böyük oğlu idarə edir. Ümumiyyətlə, İ.Vəliyevin ölkə xaricində çoxsaylı aktivlərinin olduğu da bildirilir.

{{widget-content-18730}}

635x100

Şərhlər

vəli 2020-03-03 23:36:33

Şəkinin icra başçısının və müavinlərinin var-dövlətləri bundan qat-qat çoxdur, onların qanunsuz əməllərinə göz yumulur......??????

seyfəl 2020-02-24 11:15:46

Bakının da icra başçıları,deputatlar da zəngin sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.Konstitusiya bunu qadağan edir.Deputatlar az qala obyektlərin üzərində öz adlarını qeyd etsinlər.Qorxmurlar,həya etmirlər.Nə qədər tutmaq olar.Dərs olmur.Ölüm olsun

Köhnə az'rbaycanlı 2020-02-23 19:57:56

“...eşşək ferması da daxildir. Həmin fermada 200-dən çox cins eşşək saxlanılır, onların südü dərman vasitəsi kimi satılır.” Bu eşşək ferması məsələsində bir çox qaranlıq məqamlar vardır. 1. Eşşəklər özümüzünkülərdir, yoxsa xaricdən gətirilib. 2. Həmin ferma nə müddətdir fəaliyyət göstərir. 3. Eşşək südü hansı xəstəliyin dərmanıdır. 4. Eşşək südü hansı aptekdə satılıb – insan aptekində, yoxsa baytarlıq aptekində. 5. Bu xəstəlik insanlar arasında yayılıb, yoxsa eşşəklər arasında. 6. İcra hakimiyyəti başçısını bu humanist addıma nə vadar eləyib.

Yeni az'rbaycanlı 2020-02-23 19:44:27

“2011-ci ildən rayona rəhbərlik edən İ.Vəliyevin...”. Mən həqiqətən başa düşə bilmirəm, necə olub ki, uzun müddət (17 ildən çox) namusla dövlətə və millətə qulluq edən (əks halda çoxdan ifşa olunardı) bir məmur birdən-birə rüşvətə və korrupsiyaya qurşanıb, eşşək feması təşkil edərək eşşək südünü dərman kimi satdırıb. Eşşək südü hansı xəstəliyin dərmanıdır? Xahiş edirəm ki, hürmətli həmvətənlərim, xüsusən Neftçala əhli, bütün bunları mənə başa salasınız

eko 2020-02-23 06:01:40

E bunnarin hansi bele deyil ???????????Hamisi milletin pulun yeyib ve yeyirler )))) haram haram haram ,!!!!

letif 2020-02-22 19:52:25

uzun muddet komrukde eli pulla oynamis adamdi neylesin

SEYİD ƏNHU 2020-02-22 19:43:31

ŞƏRHLƏRİMİZİ NİYƏ SİLİRSİNİZ?

vuqar 2020-02-22 15:00:13

Yazacagim sozler tek buna aid deyil butun o keslere aiddirki bu MILLETIN varini -yoxunu TALAN edir! Onlar bilmelidirler ne zamansa onlardan kimse hesab SORACAQ! VACIB OLANI BUDUR KI BU QUDURMUS UNSURLERI LEGV EDEN BIR IDARE YARADILSIN VE HEC NEYE MEHEL QOYMADAN DUZ ISLESIN VE ANCAQ PREZIDENTE TABE OLSUN!

Elli 2020-02-22 14:44:35

malades, sən kişidəki fərasətə bax ey!

Abbas 2020-02-22 13:42:10

Icra başçılarının hamısı eyni işlə məşğ]uldurlar..Onlara bu icazənin verilməsi maraqlıdr.

AQAYEV 2020-02-22 12:05:43

Hansı icra başcısının və yaxud Nazir komitə sədirlərinin varidatı bundan azdır.Məncə ən kasıbı elə bu bədbəxtdir.Rayon kicik iqtisyatı zəyif büccəsi az.

Son yazılar