Menu

Vasif Talıbov Ali Məclisə yeni Aparat rəhbəri təyin etdi

22.02.2020, 12:22
Vasif Talıbov Ali Məclisə yeni Aparat rəhbəri təyin etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də Ülvi Mötəbər oğlu Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.

"Report"un məlumatına görə, o, bu təyinatdan əvvəl Ali Məclis Aparatında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Ü.Hüseynli həm də Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü, Dövlət Qulluğunun Baş müşaviridir. Azərbaycan Respublikası Prezidentinin ötən il imzaladığı sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Şərhlər

vuqar 2020-02-22 16:46:10

NAXCIVANA UGURLAR! BU QEHREMAN RESPUBLIKANIN VETENDASLARI HER SEYIN EN YAXSISINA LAYIQDILER CUNKI TAM BLOKADA SERAITINDE OLAN BIR RESPUBLIKANIN INKISAFINA HEYRETLENMEMEK OLMUR ... NAXCIVANLILARIN CESARETI QORXMAZLIGI BUTUN RESPUBLIKAYA GENCLERE ORNEK OLMALIDI! BU MENIM SEXSI FIKRIMDI!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol