Menu

İtaliyada koronavirusdan iki nəfər ölüb

22.02.2020, 15:08
İtaliyada koronavirusdan iki nəfər ölüb

İtaliyada yeni koronavirusdan (2019-nCoV) daha bir ölüm faktı qeydə alınıb.

APA-nın ANSA agentliyinə istinadən verdiyi məlumata görə, bu virusa yoluxmuş qadın dünyasını dəyişib. Bununla da, İtaliyada virusdan ölənlərin sayı ikiyə çatıb.

Ölən qadının Lombardiya vilayətinin sakini olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol