Menu

İngiltərə yenidən “mavi pasport”a keçir

22.02.2020, 15:45
İngiltərə yenidən “mavi pasport”a keçir

Avropa İttifaqını (Aİ) tərk edən İngiltərə hazırda vətəndaşlarının istifadə etdiyi tünd-qırmızı rəngli pasportları 47 il sonra dəyişdirir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu İngiltərə Daxili İşlər Nazirliyi (Home Office) açıqlayıb.

Məlumata görə, İngiltərə yenidən Aİ-yə üzv olmamışdan əvvəl istifadə edilən “mavi pasportlar”a qayıdır. İngiltərə Daxili İşlər naziri Priti Patel yeni pasportlarla “ölkənin milli kimliyi” ilə yenidən birləşəcəyini açıqlayıb.

Xatırladaq ki, İngiltərədə mavi pasportlar 1921-ci ildə istifadəyə başlanılıb, 1973-cü ildə Aİ-yə üzv olduqdan sonra "tünd-qırmızı pasportlar"a keçilib. Beynəlxalq pasport indeksinə görə, dünyanın 81 ölkəsi “mavi pasport”dan istifadə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol