“Fənərbaxça” futbolçusu Adil Rami ilə yolları ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstanbul təmsilçisi fransalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Qeyd edək ki, DÇ-2018-də Fransa millisinin heyətində qızıl medal qazanan Rami mövsümün əvvəlində “Fənərbaxça” ilə 1+1 illik müqavilə imzalamışdı. “Lill”, “Valensiya”, “Milan”, “Marsel” və “Sevilya”da da oynamış 34 yaşlı futbolçu, İstanbul təmsilçisində heyətə düşməkdə çətinlik çəkirdi.


Şərhlər