Menu

BƏƏ-də daha iki koronavirusa yoluxma halı qeydə alındı

22.02.2020, 17:46
BƏƏ-də daha iki koronavirusa yoluxma halı qeydə alındı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Səhiyyə Nazirliyi yeni növ koronavirusa yoluxma ilə bağlı daha iki halın qeydə alındığını açıqlayıb.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

Nazirlikdən 70 yaşlı İran vətəndaşı və onun həyat yoldaşının virusa yoluxduğu bildirilib. Hazırda kişinin vəziyyəti qeyri-sabitdir, o, həkim nəzarəti altındadır.

Virusa yoluxmuş insanlarla əlaqədə olanların hamısı yoxlamadan keçiriləcək.

Qeyd edək ki, BƏƏ-də ümumilikdə 13 yoluxma halı aşkarlanıb, 3 nəfər artıq sağalıb, dünyada isə bu infeksiyadan ölənlərin sayı 2300-ü ötüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol