Menu

"Keşlə"- "Zirə" oyununda böyük hesablı qələbə

22.02.2020, 18:54
"Keşlə"- "Zirə" oyununda böyük hesablı qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyununda "Keşlə" "Zirə"ni qəbul edib. 

“ASK Arena"da təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Keşlə"nin qollarını 20-ci və 71-ci dəqiqədə Şahrux Qadoyev, 45-ci dəqiqədə Vüsal İsgəndərli, 90-cı dəqiqədə isə Pərviz Azadov vurub. Xallarının sayını 29-a yüksəldən "Keşlə" üçüncü yerdədir. "Zirə" isə hələ ki, 20 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura sabah keçiriləcək "Sabah" - "Səbail" və "Qarabağ" - "Sumqayıt" qarşılaşmaları ilə yekun vurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol