"QADINSAN , GET BOZBAŞINI BİŞİR..." - MSK-nın rəsmi təmsilçisi qadın namizədə...

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizəd Günel Səfərovanın Mərkəzi Seçki Komissiyasına qarşı şikayətinə baxılıb...

Aktual.az xəbər verir ki, məhkəmə heç bir araşdırma aparmadan MSK üzvü Ramiz İbrahimovun tovsiyəsi ilə iddianın təmin olunmaması barədə qərar verib.

Qərar veriləndən sonra namizəd Günel Səfərova MSK üzvünə "Ramiz müəllim, verilən qərardan vicdanınız rahatdırmı?" sualını ünvanlayıb.

MSK rəsmisi Ramiz İbrahimovun cavabı hamını təəccübləndirib: "Niyə namizəd olmusan? Qadınsan, get bozbaşını bişir".

Günel Səfərovanın reaksiyası isə daha sərt olub: "Saxtakarlıq etməkdənsə, kaş bozbaşı siz bişirərdiniz. Sizin kimi "bozbaşlar" seçkini bu günə qoyub. Siz qadının yerini bozbaş bişirməkdə görürsünüz? Utanmırsınız qadınlara bu cür yanaşırsınız? Axı vitse-prezident qadındır!"

Hətta MSK təmsilçisinin bu cavabı hakimlərin də təəccübünə səbəb olub. Səhv etdiyini anlayan R.İbrahimov dərhal iclas zalını tərk edib.

635x100

Şərhlər

ilqar 2020-02-24 14:16:07

hele bu harasidir gormeli gunlerimiz qabaqdadir

çingiz 2020-02-23 18:35:08

Adını kişi qoyub........Məzahirin işçisi başqa nə cür olmalıdır ki..yeni dogurdanda MSK üzvləri öz ləyaqətlərini itiriblər?......

Azəri 2020-02-23 15:56:56

Bütün DSK sədrləri dəyişilməlidir,o cümlədən Qax rayon DSK sədri Abdukərim Əliyev.Bu adamın 74 yaşı var.Soruşulanda ki niyə saxtakarlıq edirsiz deyir ki mən öz başına deyiləm barmağı ilə yuxarını göstərir.Bir sözlə 74 yaşlı qocanın hələ də öz başı yoxdur.

Vətədaş 2020-02-23 11:31:29

MSK və DSK - da ciddi kadr dəyişikliyi aparılmalıdır...?

Fəzxri 2020-02-23 11:22:26

Ramiz İbrahimov kimi "ağıl dəryaları" hökumətlə vətəndaşlar arasında qalmaqal yaradır. Görünür rabitəsiz danışıqlarına görə onu Məhkəmə Hüquq Şurasındanda bu yaxınlarda qovublar. Başqa xanıma hörmətsizlik edən "kişi" ilk növbədə öz xanımına hörmətsizlik edir.!!!!

Cəmşid Dərələyəzli 2020-02-23 09:47:29

Bu adam göründüyü kimi həm də vəkildir. Çıxdığı proseslərdə hakim ona söz verəndə, qalxıb deyər rəhbərliyin arqumenti belədir. Day qanundan kitabdan misal gətirməz.

Elli 2020-02-22 21:32:18

"bozbaş pikçers"-in aktyorudur

Son yazılar