"Fənərbağça"nın baş məşqçisi Ərsun Yanal istefa verməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Apasport.az saytının məlumatına görə, 59 yaşlı mütəxəssis Super Liqanın XXIII turunda "Qalatasaray"a 1:3 hesablı məğlubiyyətdən sonra istefa ərizəsini rəhbərliyə təqdim etməsi ilə bağlı gəzən söz-söhbəti yalanlayıb.
Təcrübəli mütəxəssis "Fənərbağça"dan ayrılmaq niyyətində olmadığını vurğulayıb: "İstefamdan söhbət gedə bilməz. Sona qədər mübarizəni davam etdirəcəyik".
***
Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Ersun Yanal istefa verib.
"AzPolitika" xəbər verir ki, qərar "Qalatasaray"a 1:3 hesablı ev məğlubiyyətindən sonra verilib.
Xatırladaq ki, "Fənərbağça" 21 ildir öz meydanında "Galatasaray"a məğlub olmurdu.


Şərhlər