Türkiyə Super Liqasında lider dəyişib

Türkiyə Superliqasında XXIII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, baş tutan iki qarşılaşmadan sonra lider dəyişib.

Elitada qalmaq uğrunda mübarizə aparan "Çaykur Rizəspor"u son dəqiqələrdə vurduğu qolla məğlubiyyətə uğradan "Başakşəhər" zirvəni ələ keçirib. İstanbul təmsilçisi hazırda ən yaxın izləyiciləri olan "Trabzonspor", "Qalatasaray" və "Sivasspor"u 1 xal qabaqlayır.

Günün digər matçında təhlükəli zonada qərarlaşan "Kasımpaşa" oradan uzaqlaşmağa çalışan "Dənizlispor"a qalib gələrək, rəqibinə bir qədər də yaxınlaşıb.

Türkiyə Super Liqası 

XXIII tur 

24 fevral 

"Kasımpaşa" - "Dənizlispor" - 2:0 

Breçka, 22; Hayradinoviç, 83 

"Çaykur Rizəspor" - "Başakşəhər" - 1:2 

Umar, 60 - Viska, 43 (pen.); Şkrtel, 90+4

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar