Bu gün ölkə ərazisində 4-cü zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 11:07-də Lerikdən 22 km şimal-şərqdə qeydə alınıb.
Yeraltı təkan 3.20 maqnitudada, 20 km dərinlikdə baş verib.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bu gün Azərbaycanın Qəbələ rayonunda dalbadal 3 zəlzələ baş verib. Onlardan birinin episentrə balı 6 bal olub.


Şərhlər