Menu

"Azərenerji"dən "qəza" açıqlaması

27.02.2020, 17:37
"Azərenerji"dən "qəza" açıqlaması

Bu gün Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xəttə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Bunu "Report"a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib.

Onun sözlərinə görə, əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol