Menu

23 yaşlı qadın futbolçu koronavirusdan öldü – İranda

27.02.2020, 22:13
23 yaşlı qadın futbolçu koronavirusdan öldü – İranda

Qadın futzalçılardan ibarət İran millisinin sabiq üzvü Elham Şeyxi koronavirusdan dünyasını dəyişib.

Bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, Qum şəhərində ölümcül virusa yoluxan 23 yaşlı futzalçının həyatını xilas etmək mümkün olmayıb. Şeyxi İsfahanın “Sepahan” klubunun da formasını geyinib.

Qeyd edək ki, İranda rəsmi məlumatlara görə koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar Mahmud Sadiqi və Müctəba Zünnur koronavirus daşıyıcısıdır/Report.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol