Menu

"İran-Azərbaycan sərhədi bağlanacaq?" - Qərargahdan açıqlama

28.02.2020, 18:40
"İran-Azərbaycan sərhədi bağlanacaq?" - Qərargahdan açıqlama

"İran-Azərbaycan sərhədinin bağlanması bizim səlahiyyətimizdə deyil. Amma vətəndaşlar da bizimlə əl-ələ verib işləməlidir".

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında koronavirusla əlaqədar yaradılan Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, 10 gündür İranda koronavirus aşkarlanıb, hələ də ora ilə gediş-gəliş davam edir: "İnsanlar özləri gediş-gəlişi azaltmalıdır. Hətta sərhədi keçən qızdırması olmayan şəxslərə də xüsusi vərəqələr paylanılır, tövsiyə edirik ki, evdən az çıxsınlar, diqqətli olsunlar".

Şərhlər

Sahin 2020-02-29 08:20:55

Ala bağlıyında bu sərhədləri 10 gündə pul qazanmıyında dəhşətsize vapşe harınlat

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol