"Türk əsgərlərinin öldürülməsini qınayıram" - Britaniya Xarici İşlər naziri

“Dünən İdlibdə ən azı 33 türk əsgərinin öldürülməsini qınayıram. Türkiyə hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk”.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu sözləri Britaniyanın Xarici İşlər naziri Dominik Raab verdiyi bəyanatda deyib.

“NATO müttəfiqimiz olan Türkiyənin İdlibdə dərhal və davamlı atəşkəs aparmaq səylərini dəstəkləyir. Dünənki hadisələr Suriya rejimi və Rusiyanın İdlibdə apardığı hücumun ehtiyatsız və qəddar olduğunu təsdiqlədi. Beynəlxalq hüquq normalarına və ya insan ləyaqətinə laqeyd münasibət üçün heç bir əsas yoxdur”,- deyə bəyanatda qeyd edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar