Menu

Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan geri qayıtdı

29.02.2020, 11:35
Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan geri qayıtdı

Bu gün saat 10:35-də Bakıdan Ankaraya yola düşən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-003 nömrəli reysinin kapitanı texniki səbələ görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmağa qərar verib.

Bu barədə AZAL-dan məlumat verilib.

Məlumata görə, təyyarə saat 11:05-də Bakının hava limanına uğurlu eniş edib. İlkin məlumata görə, reys saat 12:30-a qədər gecikir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol