Menu

İranda koronavirusdan ölənlərin sayı 43-ə çatdı

29.02.2020, 14:35
İranda koronavirusdan ölənlərin sayı 43-ə çatdı

İranda koronavirusdan ölənlərin sayı artıb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin sayı 43 nəfərdir.

K.Cahanpur bildirib ki, infeksiya daşıyıcılarının sayı 593 nəfərdir.

Eyni zamanda, 123 nəfər koronavirusdan sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol