Vyetnam hökuməti ölkədəki koronavirusla bağlı açiqlama verib.
"AzPolitika.info" xəbər verir ki, bu günə qədər Vyetnamda 16 nəfər koronavirusa yoluxma halı qeydə alınmışdır. Vyetnam Səhiyyə Naziri jurnalistlərə verdiyi açıqlamada isə bildirib ki, 16 nəfər xəstənin hamısı müalicə olunub, evlərinə buraxılıblar və son 20 gündə ölkəmizin sərhədləri içərisində koronavirusa yoluxma faktı aşkarlanmamışdır.
Sonra nazir bildib ki, biz koronavirusla döyüşdə birinci raundun qalibiyik, ancaq döyüşün tam qalibi deyilık.Çünki bu virus haqqında dəqiq məlumatlara malik deyilik.
ÜST Vyetnam hökumətinin bu uğurunu, virusa qarşı aparılan operativ mübarizə ilə əlaqələndirib.


Şərhlər