Menu

Minsk qrupunun həmsədrləri Türkiyə XİN başçısı ilə görüşüb

02.03.2020, 16:26
Minsk qrupunun həmsədrləri Türkiyə XİN başçısı ilə görüşüb

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

“Report”un məlumatına görə, görüşdən sonra türkiyəli nazir “Twitter”də paylaşım edib.

“Minsk qrupu Dağlıq Qarabağ məsələsinin həlli üçün daha fəal işləməyə davam etməlidir. Bu həll Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır”, - M.Çavuşoğlu yazıb.

Şərhlər

Özgür 2020-03-02 16:44:24

Sağ olsun Türk qardaşımız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol