Menu

Ərdoğan Rusiyanın Suriyadakı mövqelərinə zərbə endirməyəcəyini vəd etdi - Hədəf Əsəd qüvvələridir

03.03.2020, 01:03
Ərdoğan Rusiyanın Suriyadakı mövqelərinə zərbə endirməyəcəyini vəd etdi - Hədəf Əsəd qüvvələridir


Suriyanın İdlib bölgəsində vəziyyətin gərginləşməsi fonunda Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyib Ərdoğan əmin edib ki, türk hərbçilər Sriyada Rusiya və İranın mövqelərinə hücum etməyəcək.

Onun sözlərinə görə, Ankara yalnız Bəşər Əsəd qüvvələrinə cavab zərbələri endirəcək.

«Türkiyə indiyə qədər Suriyada nə Rusiya, nə də İran tərəfinə atəş amağa cəhd göstərməyib. Gələcəkdə də biz, bunu etməyəcəyik»-deyə, Ərdoğan bəyan edib.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya prezidenti Vladimir Putin martın 5-də Moskvada Ərdoğanla danışıq aparacaq. İdlibdəki situasiya müzakirə olunacaq.

Məlum olduğu kimi, orada vəziyyət fevralın 27-də gərginləşib. Buna səbəb Suriya ordusunun Türkiyə hərbçilərinə atəş açmasıdır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol